Müəllim Günü müsahibimiz İmişli rayon Əliqulular kənd tam orta məktəbinin direktoru, respublikanın Əməkdar müəllimi, yazıçı –publisist Səxavət Tağlardır (Tağıyev)


Səxavət müəllim, 5 oktyabr  müəllim günüdə görüşürük. Peşə bayramınız mübarək! Hansı əhvali – ruhiyyədəsiniz?

-- Çox sağ olun!  Təbii ki, əhvali –ruhiyyəm yaxşıdır. Məzunlarımızın, dost –tanışların peşə bayramının təbrikləri bizə ikiqat  sevinc gətirir. Sevincli günləriniz olsun.

 Sizi peşə bayramında ilk təbrik edən kim oldu?

--Babayam. Nəvəm Şəbnəm Baxışlı Bakı şəhər 259 saylı məktəbin VI sinfində oxuyur . İşə gedərkən yolda o zəng edib, ilk olaraq məni təbrik etdi və “Əziz müəllim” şerini söylədi.

Nə gözəl. Bəs Siz bir pedaqoq olaraq peşə bayramınızda kimləri təbrik etməyə üstünlük verdiniz?

--İlk olaraq orta məktəbdə tarix müəllimim və sinif rəhbərim olmuş, 85 yaşlı Bakir Həşimovu təbrik etdim. Otuz il rəhbərlik etdiyim pedaqoji kollektivə, onun hər bir üzvünə  bayram təbriklərimi bildirib, onlara can sağlığı və şərəfli peşələrində uğurlar  arzuladım.

Səxavət  müəllim, eşitmişik ki, rəhbərlik etdiyiniz pedaqoji kollektivdə sağlam mühit yaratmısınız. İşgüzarlıq qaynayır. Təhsilin yeniləşməsi istiqamətində gördüyünüz işlər hər kəsi özünə çəkir. Bu barədə nə deyə bilərsiniz?Buna necə nail olmusunuz?

--Əvvəla məktəbdə hər şey direktordan aslıdır. Birinci, direktor  yüksək hazırlığa, elmi-pedaqoji savada malik olmalıdır. Sağlam mühit üçün direktorun şəxsi nümunəsinin rolu böyükdür. Qaldı ki, işgüzarlığa, yeniləşmənin məktəbə sirayət etməsinə, bu, direktorun gücü ilə həyata keçirilir və onun ən birinci vəzifə funkusiyasıdır.

--Müəllim Günündə uzun illərin pedaqoqu, məktəb rəhbəri kimi hansı yaddaqalan hadisələri xatırlayırsiniz?

-- Yaddaqalan hadisələr  çoxdur . Gənclik illərində indiki Heydər Əliyev Sarayında gənclərin  II formunda maraqlı fikirlərlə çıxış etdim. Çıxışımı bitirib yerimdə əyləşmişdim ki, zala nəzarət edən işçilərdən biri mənə işarə etdi ki, foyeyə çıxım. Mən foyeyə çıxdım. Az bir zaman kəsiyində beynimdə dolandı ki, görən hansı səhfə yol vermişəm ki, məni “aparırlar”. Sən demə mənim təkliflərim rəhbərliyin xoşuna  gəldiyi üçün Az TV –yə və qəzetlərə müsahibə  üçün çağırırlarmış...

    50 yaşımın tamamı ərəfəsində  Azərbaycan təhsilinin inkişafında  xidmətlərimə görə Azərbaycan Respubilkasının  prezidenti cənab İlham Əliyev tərəfindən “Əməkdar müəllim ” fəxri adına layiq görülməyim həyatımın ən əziz, ən müqəddəs anlarıdır.

Təhsildə aparılan çoxsaylı islahatlar barədə fikiriniz.

--Təhsildə  gedən islahatlar zamanın tələbidir.Hesab edirəm ki, dövlətin təhsil siyasəti düzgün və şəffaf həyata keçirilir. Təhsil Nazirimiz cənab Mikayıl Cabbarovun uğurlu fəaliyyəti, mübariz mövqeyi fəaliyyətimizin əsas qayəsini təşkil edir.İstər pedaqoji kadrların yerləşdirilməsi, istər direktorların seçimi, istər müəllim əməyinin dioqnostik qiymətləndirilməsi yetərlidir.Təsadüfi müəllimlik peşəsinə düşmüş şəxslər uğur qazana bilmir və bu sahədən getməli olur.

Səxavət müəllim, AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutu “İlin ədəbi yekunları”elmi-yaradıcılıq müşavirəsi keçirərkən (məruzəçi: Aynur Xəlilova –filologiya üzrə fəlsəfə doktoru) Sizin ədəbi uğurlarınızdan da, xüsusilə povest janrında “Ana fəryadı”əsəriniz barədə danışdı. Yazıçı kimi özünüzü təqdim edin?

--AYB –nin üzvü və Aran bölməsi üzrə məsul katibəm.Pedaqoji fəaliyyətimlə ədəbi fəaliyyətimi bərabər aparıram. İlin ədəbi yekunlarına görə mənim də bir yazıçı kimi adımın çəkilməsini, əsərlərim haqqında söz deyilməsini uğur sayıram. Nə gözəl ki, bu fikirlər ədəbiyyatşünast  alim Aynur Xəlilova tərəfindən səslənmişdir. Ötən il “Gecikmiş məktub” adlı povest və hekayələr kitabımla, xalq yazıçı və şairləri Rəsul Rza, Nigar Rəfibəyli, Ənvər Məmmədxanlı və Anar yaradıcılığı bərədə tədqiqat xarakterli  “Bir nəslin dörd fəsli” kitabım işıq üzü gördü. Bu kitablarda toplanmış yazıları yaradıcılıq zirvəm və bir region ədəbiyyatının nümayəndəsi kimi yazıçı mövqeyim bilirəm. Bu mövqeyə AYB –nın sədri, xalq yazıçısı Anarın,  AYB –nın birinci katibi,  xalq şairi  Fikrət  Qocanın münasibəti ədəbi mükafatımdır.

Bayram gününüzdə başqa nə demək istərdiniz?

--5 oktyabr  Müəllim Günü  münasibətilə  Azərbaycanın  pedaqoji  ictimaiyyətini təbrik edirəm.  Həmkarlarıma şərəfli peşələrində uğurlar və can sağlığı arzulayıram.

 Nicat Ülfətoğlu.

Bölməyə aid digər xəbərlər

20 İyun 2022 Ruslar bu kəndi ələ keçirdi

09 Noy 2021 Erməni nazir Qarabağa necə gəlib? - Sülhməramlı təxribatı...

07 Sent 2020 Güney Azərbaycanlı Tələbələrlə bağlı Azərbaycan Dövlətinə Müraciət!

23 May 2018 Erməni ordusunun hərbçisi öldürüldü

27 Okt 2016 Cəbhə bölgəsində gərginlik yaranıb

19 Okt 2016 Ermənilər iriçaplı pulemyotlardan da istifadə etməklə atəşkəs rejimini 13 dəfə pozub

17 Okt 2016 25 illik müstəqilliyimiz, sönməyən ümidlərimiz..

16 Okt 2016 “Qorotdel”də əməliyyat müşavirəsi keçirildi

15 Okt 2016 İŞİD-in qərargahı vuruldu - “Fərat qalxanı”

14 Okt 2016 Pakistanın baş nazirinin rəsmi qarşılanma mərasimi olub

12 Okt 2016 Şəki bazarı yandı - Video

10 Okt 2016 Müsavat Partiyasının Məclis üzvü vəfat edib

09 Okt 2016 Türkiyədə daha 6 əsgər şəhid oldu

08 Okt 2016 Gürcüstanda seçkilərin ilk nəticəsi - Mişa uduzdu

07 Okt 2016 Daha bir tanınmış jurnalist həbs edildi

30 Sent 2016 Roma Papasının Gürcüstan və Azərbaycana səfəri başlayır

29 Sent 2016 Azərbaycanlı sahibkar Qazaxıstanda güllələnib

24 Sent 2016 Naxçıvanda avtomobillərin dövlət nömrə nişanları dəyişdirilir

22 Sent 2016 Moskvada 5 nəfər yangınsöndürən ölüb

21 Sent 2016 Lənkəranda avtomobil yanıb

21 Sent 2016 Həbsdə olan jurnalist azadlığa buraxıldı

19 Sent 2016 Azərbaycanda yeni telekanal açıldı - Bu gün efirdə!

18 Sent 2016 Rusiya təyyarəsi Latviya səmasında yaxalandı

16 Sent 2016 Xəzərdə zəlzələ olub

07 Sent 2016 Balakəndə 5 bal gücündə zəlzələ baş verib

31 Avq 2016 Gürcüstanın baş naziri Azərbaycana gəlib

30 Avq 2016 Gürcüstanda 200 nəfərdən çox azərbaycanlı zəhərləndi

21 Avq 2016 ABŞ generalı Rusiyanı hədələdi

18 Avq 2016 Lənkəranskinin nəşi vətənə gətirilir

14 Avq 2016 “Azərbaycan İmperatorluğu Günü” qeyd olundu

Xəbər lenti