BAKI, 13 noyabr. TELEQRAF

"Azərbaycanda icra olunan mədəkiçiltmə əməliyyatlarının sayı artıb. 2023-cü ildə bu say 1100, 2024-cü ildə 1264 olub. Ümumilikdə isə 12 il ərzində Azərbaycanda 11000-dən çox mədəkiçiltmə əməliyyatı icra olunub".

Bunu Teleqraf-a müsahibəsində Tədris Cərrahiyyə Klinikasının ümumi, bariatrik və metobolik cərrahı, tibb elmləri doktoru Elçin Abdinov deyib.

Onun sözlərinə görə, bu əməliyyat ölkəmizdə Azərbaycan Tibb Universiteti Tədris Cərrahiyyə Klinikasında və özəl xəstəxanalarda edilir.

"Bu əməliyyatları hər cərrah, hər klinika edə bilmir. Bunun üçün peşəkar komanda və tam təchiz olunmuş klinika olmalıdır. Azərbaycanda bu əməliyyatı edən cərrah da azdır. Peşəkar briqada cərrah, anestezioloq, endokrinoloq, dietoloq, reanimatoloq, tibb bacısı və s. olmalıdır. Xəstədə baş verə biləcək ağırlaşmanı aradan qaldırmaq imkanı olmalıdır".