BAKI, 8 iyun. TELEQRAF

Azərbaycan yığma komandasının futbolçusu Nigar Mirzəliyevanın da heyətində yer aldığı “Zenit” klubu Rusiya Superkubokunun qalibi olub.

Teleqraf xəbər verir ki, Sankt-Peterburq təmsilçisi Yekaterinburqda keçirilən final matçında Moskva "Lokomotiv"ini 3:0 hesabı ilə məğlub edib.

Azərbaycanlı müdafiəçi bütün oyunu əvəzolunmadan keçirib.

Qeyd edək ki, tarixində ikinci dəfə Rusiya Superkubokunu qazanan “Zenit” həm də ölkə çempionudur.