Qəbələ, 7 oktyabr. TELEQRAF

Bu gün Qəbələdə Türk Dövlətləri Təşkilatı (TDT) Dövlət Başçılarının 12-ci Zirvə görüşü keçirilib.

Teleqraf-ın Qəbələyə ezam olunmuş əməkdaşı xəbər verir ki, tədbirdə TDT-yə üzv ölkələrin prezidentləri, Baş nazirləri və digər yüksək səviyyəli rəsmilər iştirak ediblər.

12-ci Zirvə Görüşü “Regional sülh və təhlükəsizlik” mövzusuna həsr olunub.

Toplantı, regionda baş verən geosiyasi dəyişikliklər fonunda TDT-nın vahid mövqeyinin formalaşdırılması baxımından xüsusi əhəmiyyət daşıyır.

Zirvə Görüşünün yekununa dair Qəbələ Bəyannaməsi imzalanıb.

Tədbirə yerli media qurumları ilə yanaşı, bir sıra nüfuzlu beynəlxalq media nümayəndələri də qatılıb.

Zirvə toplantısının keçirildiyi ərazidə yerli və beynəlxalq media üçün bütün şərait yaradılıb, jurnalistlər noutbuk və digər lazımi avadanlıqlarla təmin olunub.

FOTO: Elnur Muxtar