BAKI, 6 oktyabr. TELEQRAF
Bakı şəhəri, Rza Quliyev küçəsi 4 ünvanında yerləşən bina sökülməyəcək.
Teleqraf xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsi media və sosial şəbəkələrdə sözügedən binanın söküləcəyi ilə bağlı yayılan videogörüntülər və məlumatlara aydınlıq gətirərkən bildirib.
Bildirilib ki, 1903-cü ildə inşa edilmiş və qeyd olunan ünvanda yerləşən yaşayış binası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli, 132 nömrəli Qərarı ilə dövlət tərəfindən qorunan memarlıq abidələrinin siyahısına daxil edilib. Bu səbəbdən binanın sökülməsi nəzərdə tutulmur.
Dövlət Komitəsi tərəfindən dəfələrlə vurğulanıb ki, hər hansı memarlıq abidəsinin sökülməsi yolverilməzdir.