BAKI, 7 fevral. TELEQRAF
Rusiya hava hücumundan müdafiə sistemləri son 24 saat ərzində 168 Ukrayna hərbi təyyarəsini vurub.
Teleqraf xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
"Hava hücumundan müdafiə sistemləri idarə olunan hava bombasını və 168 pilotsuz uçuş aparatını vurub", - deyə nazirlik bildirib.
***
09:12
Rusiya ərazisi üzərində bir gecədə 82 Ukrayna pilotsuz uçuş aparatı (PUA) hava hücumundan müdafiə qüvvələri tərəfindən məhv edilib.
Teleqraf xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Volqoqrad 45, Bryansk 8, Rostov 6, Saratov 6, Oryol 4, Tver 4, Kursk 3, Həştərxan, Belqorod, Voronej, Kaluqa, Lipetsk və Smolensk vilayəti üzərində 1 PUA məhv edilib.