BAKI, 4 dekabr. TELEQRAF

Rusiya Silahlı Qüvvələrinin Odessaya gecə saatlarında həyata keçirdiyi PUA hücumu nəticəsində azı altı nəfər yaralanıb.

Teleqraf xəbər verir ki, bu barədə Odessa vilayət hərbi administrasiyasının rəhbəri Oleq Kiper bildirib.

Onun sözlərinə görə, hava hücumundan müdafiə sistemləri hədəflərin böyük hissəsini zərərsizləşdirib:

"Lakin dağıntılar qeydə alınıb – bir neçə çoxmənzilli yaşayış binasının qapı və pəncərələri, inzibati bina və bir sıra avtomobillər zədələnib. Yaralananlardan ikisi dağıntılar altında qalan mənzillərdən xilas edilib. Hücumdan sonra 33 nəfərə, o cümlədən altı uşağa psixoloji yardım göstərilib".