BAKI, 1 dekabr. TELEQRAF

Dağıstanın Kaspiysk şəhərində güclü partlayış olub.

Teleqraf xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanları məlumat yayıb.

Bildirilib ki, partlayış Ukrayna Silahlı Qüvvələrinin pilotsuz uçan aparatlarının (PUA) hücumu nəticəsində baş verib.

Partlayış nəticəsində parkinqdə onlarca avtomobil zədələnib, partlayışın təsiri yaxınlıqdakı yaşayış binasına dəyib və binada 30-dan çox pəncərə sınıb.