BAKI, 22 noyabr. TELEQRAF

ABŞ-nin Şimali Karolina ştatının Konkord şəhərində Milad ağacının yandırılması mərasimi atışma səbəbindən yarımçıq qalıb.

Teleqraf xəbər verir ki, bu barədə yerli hakimiyyətin "Facebook"da yayımladığı açıqlamada bildirilir.

Məlumata görə, insident cümə günü yerli vaxtla saat 19:30 radələrində (Bakı vaxtı ilə şənbə 03:30) baş verib. Hadisədən sonra tədbirin qalan hissəsi ləğv olunub və insanların dərhal şəhər mərkəzini tərk etməli olublar.

Atışma nəticəsində dörd nəfər güllə yarası alıb və xəstəxanaya yerləşdirilib. Yaralılardan üçünün vəziyyəti kritik qiymətləndirilir.