BAKI, 17 noyabr. TELEQRAF

Çilidə keçirilən prezident seçkilərinin ilkin nəticələrinə görə, hakim ittifaqın namizədi Janett Xara və Respublikaçı Partiyadan olan mühafizəkar siyasətçi Xose Antonio Kast öndədir.

Teleqraf xəbər verir ki, bu barədə ölkənin seçki xidməti 5,96% seçki məntəqələrinin səsvermə nəticələrini açıqladıqdan sonra məlumat yayıb.

Məlumata görə, Xara 26,40%, Kast isə 25,10% səs toplayıb.

Qanunvericiliyə əsasən, birinci turda qalib gəlmək üçün namizəd ümumi səslərin mütləq çoxluğunu əldə etməlidir. Bu göstəriciyə heç bir namizəd nail olmazsa, 14 dekabrda ən çox səs toplamış iki namizəd arasında ikinci tur keçiriləcək.