BAKI, 9 oktyabr. TELEQRAF

Ukraynanın Odessa vilayətinə Rusiya ordusunun pilotsuz uçuş aparatları (PUA) ilə həyata keçirdiyi hücum nəticəsində beş nəfər xəsarət alıb.

Teleqraf xəbər verir ki, bu barədə Ukraynanın Fövqəladə Hallar Xidməti məlumat yayıb.

Bildirilir ki, hücum nəticəsində genişmiqyaslı yanğınlar baş verib. İki yaşayış evi, inzibati bina və yanacaqdoldurma məntəqəsi alovlanıb.

Bundan əlavə, liman infrastrukturuna aid ərazidə də yanğın qeydə alınıb.

Hadisə yerinə xilasedicilər və yanğınsöndürən qüvvələr cəlb olunub.

Qeyd edilir ki, yanğınların söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.