BAKI, 2 oktyabr. TELEQRAF

Suriyanın devrilmiş prezidenti Bəşər Əsəd Rusiyada zəhərlənmə cəhdindən sonra yerləşdirildiyi xəstəxanadan çıxarılıb.

Teleqraf xəbər verir ki, bu barədə Suriya İnsan Haqları Müşahidə Şurası məlumat yayıb.

Qeyd edilir ki, Bəşər Əsədin vəziyyəti stabildir və Moskvada xəstəxanadan evə buraxılıb.