BAKI, 25 sentyabr. TELEQRAF
Rusiyanın xarici işlər naziri Sergey Lavrov və onun suriyalı həmkarı Əsəd Əl-Şeybani keçid dövrü Prezidenti Əhməd Əl Şaraanın Rusiya-Ərəb sammitində iştirakına hazırlıq məsələlərini müzakirə ediblər.
Teleqraf xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin BMT Baş Assambleyasının 80-ci sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində keçirilən görüşün yekunlarına dair bəyanatında deyilir.
“Gələcək təmasların cədvəli, o cümlədən Suriya prezidenti Əhməd əl-Şaraanın 2025-ci ilin oktyabrında Moskvada keçiriləcək birinci Rusiya-Ərəb sammitində iştirakı fonunda nəzərdən keçirilib”, - məlumatda qeyd olunub.
***
18:17
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Nyu-Yorkda BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində Suriya nümayəndə heyətinin nümayəndələri ilə görüşüb.
Teleqraf xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.
"Münasibətlərimizin hazırkı vəziyyətini müzakirə etmək vacibdir. Hadisələr çox sürətlə gedir", - Lavrov görüşdən əvvəl bildirib.