BAKI, 17 sentyabr. TELEQRAF
Mərhum rusiyalı müxalif siyasətçi Aleksey Navlnının həyat yoldaşı Yuliya Navalnaya ərinin koloniyada zəhərləndiyini iddia edib.
Teleqraf xəbər verir ki, o, 2024-cü ilin fevralında mərhum ərinin bioloji nümunələrini xaricə göndərib.
Navalnayanın sözlərinə görə, nümunələr Qərb ölkələrinin laboratoriyalarında araşdırılıb və nəticələr əsasında müstəqil laboratoriya Navlnının zəhərləndiyi qənaətinə gəlib.
Yuliya Navlnaya həmçinin vurğulayıb ki, Rusiya vətəndaşı Rusiyada ölüb və Qərb ölkələrinin bu iş üzrə cinayət işi açmağa hüquqi əsası yoxdur. O, ərinin nə ilə zəhərləndiyini açıqlamağı tələb edib.
Qeyd edək ki, bu gün Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov keçirdiyi mətbuat konfransında bu mövzu ilə bağlı jurnalistlərin suallarını cavablandırmaqdan imtina edib.