BAKI, 17 avqust. TELEQRAF
Rusiyanın Voronej vilayətinin Borisoqlebsk şəhərində silsilə partlayışlar baş verib.
Teleqraf xəbər verir ki, bu barədə yerli “Telegram” kanalları məlumat yayıb.
İlkin məlumatlara görə, hava hücumundan müdafiə vasitələri (HHM) Ukrayna pilotsuz uçuş aparatlarını (PUA) vurmağa çalışır. Şahidlər şəhər üzərində azı dörd partlayışın baş verdiyini bildiriblər. Atışma səslərinin də eşidildiyi qeyd edilir. Hücumun səbəb olduğu dağıntılar və zərərçəkənlər barədə hələlik məlumat verilməyib.