BAKI, 3 avqust. TELEQRAF

Dağıstanda ağac budağının aşması nəticəsində 1 turist ölüb, 2 nəfər yaralanıb.

Teleqraf xəbər verir ki, bu barədə “Sapa Kavkaz” məlumat yayıb.

Məlumata görə, avqustun 3-də Dərbənddə Cümə məscidinin ərazisində güclü külək zamanı çinarın iri budağı qırılaraq, 3 qadının üzərinə düşüb.

Nəticədə, şəhərdə qonaq olan rusiyalı qadınlardan biri ölüb, digər iki turist isə müxtəlif xəsarətlərlə xəstəxanaya çatdırılıb.

Dağıstanın İstintaq Komitəsi hadisənin baş vermə şəraitini müəyyənləşdirir və araşdırma aparılır.