BAKI, 2 avqust. TELEQRAF
İsrailin Baş naziri Binyamin Netanyahu HƏMAS-ın atəşkəs təklifini qəbul etməyəcəyi təqdirdə Qəzzada atılacaq növbəti hərbi addımla bağlı qərarını ertələyib.
Teleqraf xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Qeyd edilir ki, qərarın bu həftə qəbul olunması gözlənilmir.
Qərarın gecikməsi İsrail hökuməti daxilində Qəzza ilə bağlı gələcək hərbi strategiyaya dair fikir ayrılıqları fonunda baş verir.
Məlumata görə, HƏMAS razılaşmanı rədd edərsə, mümkün variantlardan biri Qəzza və digər ərazilərin mühasirəyə alınması, digəri isə şəhərin tam nəzarətə götürülməsidir.
Qeyd olunur ki, hökumət üzvləri arasında bu planlara dair müxtəlif yanaşmalar mövcuddur.