BAKI, 29 iyul. TELEQRAF

Manhettenin mərkəzində baş verən atışmada biri polis olmaqla beş nəfər ölüb.

Teleqraf “NBC News”a istinadən xəbər verir ki, bu barədə Nyu-York polisindən məlumat verilib.

Hüquq-mühafizə orqanları atəş açan şəxsin intihar etdiyini bildirib.

Cinayətin konkret motivi məlum deyil.

İstintaq cinayəti törədənin şəxsiyyəti ilə bağlı məlumatlar əsasında müxtəlif versiyaları öyrənir.

***

04:39

ABŞ-də Nyu-York ştatının Manhetten şəhərinin mərkəzində biri polis olmaqla azı 6 nəfər güllələnib.

Teleqraf xəbər verir ki, bu barədə polisdəki mənbələrə istinadən “FOX 5” kanalı məlumat yayıb.

Məlumata görə, atəş açan şübhəli şəxs bağlı olan ofis binasına qaçıb. Onun gizləndiyi yerdə intihar etdiyi bildirilir. O, binanın 33-cü mərtəbəsində ölüb.

Yaralıların vəziyyəti hələlik məlum deyil.