BAKI, 18 iyul. TELEQRAF
Qəzzadakı yeganə katolik kilsəsinə üç mülki şəxsin ölümü ilə nəticələnən hücuma görə təəssüf edirik.
Teleqraf xəbər verir ki, bu barədə İsrail Baş naziri Binyamin Netanyahunun ofisinin hadisə ilə bağlı bəyanatında deyilir.
Baş nazirin ofisi hücumun səhv nəticəsində baş verdiyini bəyan edib.
"İsrail hərbi sursatın səhvən Qəzzadakı Müqəddəs Ailə Kilsəsinə dəyməsindən dərin təəssüf hissi keçirir. Hər bir günahsız insanın həyatını itirməsi faciədir. Biz ailələrin və möminlərin kədərini bölüşürük", - bəyanatda deyilir.
Baş nazir Binyamin Netanyahunun adından verilməyən bəyanatda Roma Papası XIV Leoya minnətdarlıq ifadə olunur.
"İsrail hadisənin baş vermə səbəblərini araşdırır, eləcə də mülki şəxsləri və müqəddəs məkanları qorumağa sadiqliyini ifadə edir", - baş nazirin ofisindən bildirilib.
Qeyd edək ki, bəyanat, ABŞ Prezidenti Donald Trampın İsrailin Baş naziri Binyamin Netanyahu ilə əlaqə saxlamasından sonra verilib.
Ağ Evin mətbuat katibi Kerolayn Livittin sözlərinə görə, telefon danışığı zamanı Netanyahu kilsəyə səhvən zərbə endirildiyini izah edən bəyanatla çıxış etməyə razılıq verib.