BAKI, 14 iyul. TELEQRAF
Saxa Respublikasının (Yakutiya) Lensk şəhərindən təxminən 26 kilometr məsafədə “Mi-8” helikopteri qəza enişi edib.
Teleqraf xəbər verir ki, bu barədə Şərqi Sibir Nəqliyyat Prokurorluğu açıqlama yayıb.
“İlkin məlumatlara əsasən, bu gün saat 16:00 radələrində ‘Mi-8’ markalı helikopter Lensk yaxınlığında məcburi eniş edib. Heç kim xəsarət almayıb”, – məlumatda qeyd olunur.
***
13:12
Rusiyanın Uzaq Şərq bölgəsində Mi-8 tipli helikopterlə əlaqə itib.
Teleqraf xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Helikopterin göyərtəsində 5 nəfərin olduğu bildirilir.
Hadisə ilə bağlı araşdırmalara başlanılıb.