BAKI, 11 iyul. TELEQRAF

ABŞ-nin Dövlət katibi Marko Rubio ilə Çinin xarici işlər naziri Van İ arasında Malaziyanın paytaxtı Kuala Lumpurda ikitərəfli görüş baş tutub.

Teleqraf xəbər verir ki, bu barədə Çin mediası məlumat yayıb.

Qeyd olunur ki, bu görüş Rubionun cari ilin yanvar ayında vəzifəyə başlamasından sonra xarici ölkə rəsmisi ilə keçirdiyi ilk təkbətək görüşdür.

Tərəflər arasında aparılan danışıqlarda ABŞ və Çin arasında ikitərəfli münasibətlər, regional və qlobal məsələlər müzakirə edilib.

Görüşün detalları barədə əlavə məlumat verilməyib.