BAKI, 12 iyin. TELEQRAF
İran və ABŞ arasında danışıqlar dalana dirənib.
Teleqraf xəbər verir ki, bu barədə “The New York Times” (NYT) nəşri məlumat yayıb.
Nəşrin yazdığına görə, İran İraq ilə sərhəd boyunca GPS siqnallarının qarışdırılması üzrə genişmiqyaslı əməliyyata başlayıb.
Qeyd edək ki, daha əvvəl “Reuters” agentliyi İsrailin bir neçə gün sonra İrana hücum edə biləcəyini yazmışdı. Böyük Britaniya bütün tankerləri və digər gəmiləri Fars körfəzini keçərkən hazırlıqlı olmağa çağırıb.
Yaxın Şərqdəki bütün ABŞ bazalarının tam döyüş hazırlığı vəziyyətinə gətirildiyi bildirilir.