BAKI, 10 iyun. TELEQRAF

Avstriyanın Qrats şəhərindəki məktəblərdən birində baş verən atışma ilə əlaqədar ölkədə üç günlük milli matəm elan ediləcək.

Teleqraf xəbər verir ki, bu barədə KİV məlumat yayıb.

Xatırladaq ki, Avstriyada məktəbdə baş verən atışmada 11 nəfər həlak olub, 30-a yaxın insan yaralanıb.

Baş vermiş atışma ilə əlaqədar şübhəli şəxs intihar edib.

22 yaşlı gənc həmin məktəbin şagirdi olub. Onun məktəbdə zorakılığa məruz qaldığı üçün bu addımı atması ehtimal olunur.

Rəsmi orqanlar hadisənin təfərrüatlarını araşdırır.

***

14:52

Avstriyanın Qrats şəhərində məktəbdə baş vermiş atışma ilə əlaqədar şübhəli şəxs intihar edib.

Teleqraf xəbər verir ki, bu barədə "Kronen Zeitung" qəzeti məlumat yayıb.

Məlumata görə, 22 yaşlı gənc həmin məktəbin şagird olub. Onun məktəbdə zorakılığa məruz qaldığı üçün bu addımı atması ehtimal olunur.

Qeyd edək ki, hadisə nəticəsində 30 nəfər yaralanıb və onlar ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Rəsmi orqanlar hadisənin təfərrüatlarını araşdırır.

***

13:55

Avstriyanın Qrats şəhərindəki məktəblərdən birində atışma baş verib.

Teleqraf xəbər verir ki, bu barədə “Kronen Zeitung” qəzeti məlumat yayıb.

Atışma nəticəsində 11 nəfər ölüb.

Hadisədə şübhəli bilinən şəxs ölü vəziyyətdə tapılıb.