BAKI, 8 iyun. TELEQRAF

Küveytin paytaxtı Əl-Küveyt hava limanında təyyarənin göyərtəsində bomba olduğu bildiriləndən sonra sərnişinlər təxliyə edilib.

Teleqraf xəbər verir ki, bu barədə Küveytin Mülki Aviasiya İdarəsinin bəyanatında deyilir.

Məlumata görə, “Bahraini Gulf Air” aviaşirkətinin Manamadan Küveytə gedən GF213 reysi təhlükəsiz şəkildə təyinat yerinə enib.

Küveyt rəsmilərinin sözlərinə görə, sərnişinlər təxliyə edilərək təcrid olunmuş əraziyə yerləşdirilib.

Hadisə zamanı xəsarət alan olmayıb, hava limanı adi qaydada fəaliyyətini davam etdirir.

Qeyd olunur ki, təyyarənin göyərtəsində bomba olması barədə yalan məlumat verən şəxs saxlanılıb. Hazırda sərnişinlər standart yoxlama prosedurlarından keçirlər.