BAKI, 25 may. TELEQRAF
ABŞ-nin hərbi hava nəqliyyatı dispetçerləri Pentaqona yaxınlaşan hərbi vertolyotla əlaqəni itiriblər.
Teleqraf xəbər verir ki, məlumatı CBS News yayıb.
Hərbi vertolyotla əlaqənin itməsi səbəbindən iki şəxsi təyyarənin Vaşinqton hava limanına enə bilməyib.
Qəribədir ki, mayın 1-də baş verən insident barədə Pentaqon yalnız bu gün danışıb.
Ordu rəsmisi təsdiqləyib ki, Pentaqonun mayın 1-də eniş üçün gələn Black Hawk helikopteri ilə təxminən 20 saniyə ərzində əlaqə kəsilib.
Hava limanındakı hava nəqliyyatı dispetçerləri ard-arda iki təyyarələrin enişini dərhal ləğv ediblər, çünki onlar vertolyotla eyni anda eyni yerə eniş edə bilərdi.
Məlum olub ki, hərbi hava gəmisi ilə əlaqənin itmə səbəbi Pentaqona yaxınlaşan vertolyotla əlaqəni üçün müvəqqəti antenanın olması ilə bağlı imiş.