BAKI, 17 may. TELEQRAF
İran hakimiyyəti ilk dəfə olaraq öz nüvə proqramı ilə bağlı danışıqları Vaşinqtonun ciddi təzyiqi altında aparmağa məcbur olub.
Teleqraf xəbər verir ki, bu barədə ABŞ Prezidentinin Yaxın Şərq üzrə xüsusi elçisinin müavini Morqan Ortequs “Fox News” telekanalına müsahibəsində deyib.
"Donald Tramp prezidentliyinin ikinci həftəsində İrana qarşı maksimum iqtisadi təzyiq kampaniyasını bərpa etdi. Bu, onun birinci prezidentliyi dövrünün siyasətinin davamı idi. Tramp onun dövründə İranın heç vaxt nüvə silahı əldə etməyəcəyini bəyan etmişdi. Çox vacib olan odur ki, ilk dəfə olaraq İran real güc tətbiqi təhdidi, real təzyiq altında danışıqlar aparmağa məcbur olub. Prezident Tramp, şübhəsiz ki, məsələni sülh yolu ilə həll etmək istədiyini bəyan etdi", - Dövlət Departamentinin strukturuna daxil olan aparatın diplomatı bildirib.
Onun sözlərinə görə, ABŞ lideri hərbi variantı bu məsələdə birinci dərəcəli hesab etmir: "O, bütün variantları açıq saxlayır. Siz onun "İran müharibə variantında ciddi yanaşmalıdır" ifadəsi ilə tanışsınız. Hansısa bir məqamda İrandakı rejim terrorçu əlaltılarının, Yaxın Şərqdəki proksi qüvvələrin deyil, öz xalqının qayğısına qalaq məcburiyyətində qalacaq", - Ortequs əlavə edib.
O, İranın nüvə silahı əldə etməsini "qiyamət günü ssenarisi" adlandırıb.