
BAKI, 16 may. TELEQRAF
Türkiyə Prezidentinin səlahiyyətləri müvəqqəti olaraq vitse-prezident Cevdet Yılmaza həvalə olunub.
Teleqraf xəbər verir ki, bu barədə ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğan müfaviq sərəncam imzalayıb.
Məlumata görə, ölkə başçısı bu gün Albaniyaya səfərə gedəcəyindən, səlahiyyətlər vitse-prezidentə verilib. Ərdoğan səfərdən qayıdana qədər ölkəyə C.Yılmaz rəhbərlik edəcək.