BAKI, 11 aprel. TELEQRAF
ABŞ-nin keçmiş vitse-prezidenti Kamala Harris 2026-cı ildə Kaliforniya qubernatoru postuna namizədliyini irəli sürməyi planlaşdırır.
Teleqraf xəbər verir ki, bu barədə "New York Times" öz mənbələrinə istinadən yazır.
Ştatın Qubernatoru Demokrat Qavin Nyusun 2026-cı ildə istefa edəcəyi gözlənilir. Seçkilər noyabrın 3-nə təyin ediləcək.
Nəşrin məlumatına görə, Harris Kaliforniya qubernatoru kimi ABŞ Prezidenti Donald Trampa və onun siyasətinə qarşı dura, həmçinin demokratların dəyərlərini müdafiə edə biləcəyini bildirib.
Harris həmkarlarına 2028-ci ildə prezidentliyə namizəd olmaq istəmədiyini də bildirib.