BAKI, 7 mart. TELEQRAF
Suriyada ordu ilə Bəşər Əsəd tərəfdarları arasında baş vermis toqquşmalar nəticəsində 70-dən çox insan həlak olub.
Teleqraf xəbər verir ki, bu barədə “BBC” Suriya İnsan Haqları Müşahidə Qrupuna istinadən məlumat yayıb.
Həlak olanlardan 35-nin ordu üzvü, 32-nin keçmiş hakimiyyət tərəfdarı, o cümlədən daha 4 nəfərin isə mülki şəxs olduğu açıqlanıb.
Şiddətli döyüşlərin müşahidə olunduğu Latakiya və Tartus bölgəsində komendant saatı qüvvəyə minib.
Artan gərginlik fonunda, Hələb və Homsda da analoji vəziyyət hökm sürür.
Adıçəkilən bölgələrdə də güclü partlayış səslərinin eşidildiyi bildirilib.
Qeyd edək ki, bu, Suriyada Bəşər Əsəd hakimiyyəti devrildikdən sonra qeydə alınan ən güclü toqquşmadır.