Odessada rus şairi Aleksandr Puşkinin heykəlinin sökülməsi ilə bağlı müvafiq sərəncam imzalanıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Odessa Regional Hərbi Administrasiyasının rəhbəri Oleq Kiper bildirib.

O bildirib ki, sərəncam artıq imzalanıb və heykəl yaxın zamanda söküləcək.

Bundan əvvəl Odessa şəhərinin meri Qenadi Truxanov Puşkinin heykəlinin sökülməsinə qarşı çıxış edib. O qeyd edib ki, abidə YUNESKO-nun reyestrinə daxildir, həmçinin şəhər tarixinin önəmli parçasıdır.