"İsveç terrorla mübarizə istiqamətində düzgün addımlar atsa da, PKK/YPG tərəfdarları sərbəst şəkildə terroru dəstəkləyən nümayişlər keçirməyə, insanları qətlə yetirməyə və terror təşkilatlarına maliyyə vəsaiti ayırmağa davam edir. Türkiyə üçün bu, qəbuledilməzdir".
Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Almaniya kansleri Olaf Şoltsla baş tutan telefon danışığı zamanı deyib.
Söhbət zamanı Rusiyada baş verən son hadisələr də müzakirə olunub.