Avropa İttifaqı (Aİ) ölkələri Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edəcəklər.
Teleqraf.com xəbər verir ki, bu barədə Almaniyanın kansleri Olaf Şolz bildirib.
"Yaxın günlərdə biz yeni tədbirlər görəcəyik", - deyə kansler qeyd edib.
Xatırladaq ki, daha əvvəl Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel Aİ-nin Rusiyaya qarşı yeni sanksiyalar hazırladığı anonsunu vermişdi.