Ukrayna Silahlı Qüvvələri İlovaysk yaxınlığında atışmada iştirak edən Rusiya alayının komandirini zərərləşdirib.

Teleqraf.xəbər verir ki, bu barədə “Donbas” könüllülər batalyonu məlumat yayıb.

“Ukrayna silahlı qüvvələri 2014-cü ildə “yaşıl dəhliz” adlanan ərazidə İlovaysk yaxınlığında ukraynalı hərbçilərin karvanını atəşə tutan 331-ci Kostroma hava-desant alayının komandiri Sergey Suxarevi məhv edib. Hər bir rusiyalı hərbi cinayətkar cəzalandırılacaq”, – məlumatda deyilir.