Ukrayna BMT Təhlükəsizlik Şurasına (TŞ) fövqəladə iclasın keçirilməsi ilə bağlı rəsmi müraciət edib.

Teleqraf.com xəbər verir ki, bu barədə Ukraynanın Xarici İşlər naziri Dmitri Kuleba Tvitterdə bildirib.

O qeyd edib ki, Ukrayna Prezidenti Vladimir Zelenskinin adından Budapeşt Memorandumunun 6-cı bəndinə uyğun olaraq BMT Təhlükəsizlik Şurasının (TŞ) üzv dövlətlərinə gərginliyi azaltmaq üçün təcili tədbirlər və Ukraynanın təhlükəsizliyini təmin etmək üçün praktiki addımlar barədə təcili məsləhətləşmələrin keçirilməsi tələbi ilə BMT TŞ-yə rəsmi sorğu göndərilib.