“Generallar danışmağa, həqiqəti söyləməyə başlamalıdır, əks halda bütün günah onların boynuna qalacaq”.

Teleqraf.com erməni mediasına istinadən xəbər verir ki, bunu Ermənistanın sabiq prezidenti Robert Köçəryan oktyabrın 4 -də keçirdiyi mətbuat konfransında ölkəsində həbs olunan generallar haqqında danışarkən deyib.

Hərbi cani bildirib ki, bu il ərzində müharibəyə görə müxtəlif günahkarlıq və məsuliyyət işarələri var idi:

“Günahı orduya, generallara yükləməyə çalışacaqlar”.

“Müharibə ölkə tərəfindən aparılır. Ordu bu müharibədə tək qaldı. Bu kökündən səhv qərarları kimin verdiyini anlamalısınız. Təşəbbüskar ordu, Baş Qərargah, generallar idisə, səhv qərarlar da baş nazir tərəfindən verilirdi. İndi məğlubiyyətin korrupsioner generalların fəaliyyətinin nəticəsi olduğu bir fon yaratmaq üçün cəhdlər edilir”, - Köçəryan bildirib.