BAKI, 16 oktyabr. TELEQRAF
“Şüuraltında dövlət sözü mənfidən müsbətə dəyişdirilməlidir”.
Teleqraf xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan hökumətin iclasında deyib.
“Şüuraltımızda dövlət neqativ bir şeydir. Müstəqilliyimizdən keçən 30 il ərzində hələ də şüuraltımızda dövlət sözünü mənfidən müsbətə dəyişə bilməmişik. Bunun bir çox sosial-psixoloji, tarixi və digər səbəbləri var. Əsas problemimiz odur ki, dövlət və hökumət deyəndə mənfi bir şey başa düşürlər. Bizim üçün dövlət Fars, Osmanlı və Rusiya imperiyalarıdır”, - o vurğulayıb.