BAKI, 21 noyabr. TELEQRAF
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ölkəsinin “Tramp yolu” layihəsində iştirak etməkdə maraqlı olduğunu açıqlayıb.
Teleqraf xəbər verir ki, o, bu barədə Astanada Ermənistan Baş naziri Nikol Paşinyanla danışıqlardan sonra mətbuata çıxışında bildirib.
“Cənubi Qafqazda yeni geosiyasi vəziyyət regional əməkdaşlığı gücləndirmək üçün imkan yaradır. Qazaxıstan Ermənistanın “Sülh qovşağı” təşəbbüsünü dəstəkləyir”, - Tokayev bildirib.
Qazaxıstan Prezidenti ölkəsinin “Tramp yolu” beynəlxalq layihəsində də iştirak etməkdə maraqlı olduğunu qeyd edib:
“Biz həmçinin “Tramp yolu” layihəsində iştirak etməkdə maraqlı olduğumuzu təsdiqləyirik. Bu strateji dəhlizlərin Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu və Şimal-Cənub Dəhlizi ilə birləşdirilməsi hər iki ölkənin maraqlarına uyğundur”, - Kasım-Jomart Tokayev bildirib.