BAKI, 13 noyabr. TELEQRAF

Qazaxıstanın 60 il bəs edəcək uran ehtiyatları var.

Teleqraf xəbər verir ki, bu barədə ölkənin Atom Enerjisi Agentliyinin sədr müavini Ğumar Serqazin məlumat verib.

O bildirib ki, Qazaxıstanda təxminən 1 milyon ton təbii uran ehtiyatı mövcuddur:

“Uran ehtiyatımız 60 il bəs edəcək. Bundan əlavə, ölkədə geoloji kəşfiyyat aparılmamış ərazilər də var ki, orada da əhəmiyyətli ehtiyatlar mövcuddur”.

Serqazin əlavə edib ki, hazırda Finlandiyada inşa olunan iki Atom Elektrik Stansiyasına uran tədarükü ilə bağlı danışıqlar aparılır.

Xatırladaq ki, Atom Enerjisi üzrə Beynəlxalq Agentlik bundan əvvəl uran ehtiyatları ilə bağlı hesabatını yayıb. Bildirilib ki, dünya üzrə indiyədək müəyyən edilmiş uran ehtiyatları 2080-ci ilə qədər tükənəcək.