BAKI, 20 avqust. TELEQRAF
Yaxın günlərdə İstanbulda Türkiyə, Pakistan, Səudiyyə Ərəbistanı və Misir xarici işlər nazirlərinin görüşü planlaşdırılır.
Teleqraf xəbər verir ki, bu barədə “Türkiyə” qəzeti məlumat yayıb.
Danışıqlar zamanı tərəflər Yaxın Şərqdəki vəziyyəti, təhlükəsizlik və sabitlik məsələlərini, münaqişələrin qarşısının alınmasını, eləcə də diplomatik həll mexanizmlərinin gücləndirilməsi yollarını müzakirə edəcəklər.
Qarşıdan gələn görüş dörd ölkə arasında diplomatik koordinasiyanın davamı olacaq.
Nəşr bildirib ki, Türkiyənin xarici işlər naziri Hakan Fidan pakistanlı həmkarı Məhəmməd İshaq Darı bu ay İstanbulda keçiriləcək Türkiyə, Pakistan, Səudiyyə Ərəbistanı və Misirin iştirak edəcəyi görüşə dəvət edib.
Xatırladaq ki, Türkiyə, Pakistan, Səudiyyə Ərəbistanı və Misir xarici işlər nazirləri bundan əvvəl Qahirədə görüşmüşdülər.