BAKI, 20 iyul. TELEQRAF
Yəmənin üsyançı "Ənsar Allah" hərəkatı Səudiyyə Ərəbistanına qarşı dəniz blokadası tətbiq edib.
Teleqraf xəbər verir ki, bu barədə hərəkatın hərbi nümayəndəsi Yəhya Səria məlumat yayıb.
"Husilər" "mühasirəyə qarşı mühasirə" prinsipinə uyğun olaraq, Səudiyyə Ərəbistanı üçün dəniz gəmiçiliyini qadağan edir. Bu qərar bəyanatın elan edildiyi andan qüvvəyə minir", - o bildirib.
Bəyanatda hərəkatın Ər-Riyadın hərəkətlərinə cavab olaraq hərtərəfli eskalasiya hüququnu özündə saxladığı vurğulanır:
"Silahlı qüvvələr hadisələrin inkişafının bütün variantlarına tam hazır olduğunu təsdiqləyir. Səudiyyə Ərəbistanının eskalasiya yolu ilə atacağı istənilən təxribatçı addıma biz sərt cavab verəcəyik".