“Artıq bölgə ölkələrinin hamısı bir araya gələrək, təhlükəsizlik məsələsində əməkdaşlıq platforması yaratmalıdır”.

Teleqraf xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Hakan Fidan ölkəsi ilə Səudiyyə Ərəbistanı, Pakistan və Misir arasında ittifaqın mümkün olub-olmaması ilə bağlı suala cavabında deyib.

“Bu, kənar qüvvələr üçün deyil. Bölgə ölkələri bir-birinin təhlükəsizliyinə dair öhdəlik götürməlidirlər. Regional dövlətlərin hamısı bir-birinə güvəndikdən sonra problemin artıq 80 faizi həll olunmuş sayılır”, - o bildirib.

Hələlik imzalanmış bir razılaşmanın olmadığını qeyd edən Hakn Fidan Prezident Rəcəb Tayyib Ərdoğanın baxışının inklüziv, daha geniş, həmrəylik və sabitlik yaradan platforma qurmaq olduğunu və bu istiqamətdə danışıqların davam etdiyini vurğulayıb.