BAKI, 12 fevral. TELEQRAF
Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA-nın sabiq prezidenti, akademik Ramiz Mehdiyevin cinayət yolu ilə leqallaşdırdığı pulun məbləği açıqlanıb.
Teleqraf xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinin bu gün yaydığı məlumatda qeyd olunub.
Məlumata görə, Ramiz Mehdiyev 13 oktyabr 2025-ci il tarixinədək olan müddətdə cinayət yolu ilə əldə edilmiş 17.000.000 manatdan artıq pul vəsaitini leqallaşdırıb.