BAKI, 3 mart. TELEQRAF

Ötən gecə Abşeron rayonu, Xırdalan şəhərində yerləşən iaşə obyektində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi tərəfindən daha geniş sahəyə yayılmasına imkan verilmədən söndürülüb.

Bu barədə Teleqraf-a Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Yanğın nəticəsində ümumi sahəsi 500 m² olan taxta konstruksiyalardan ibarət birmərtəbəli restoranın yanar konstruksiyaları və restorana bitişik ümumi sahəsi 860 m² olan birmərtəbəli fitnes klubun dam örtüyünün taxta atmaları 65 m² sahədə yanıb.

Fitnes klubun böyük hissəsi, əraziyə bitişik altımərtəbəli yaşayış binası və ümumi sahəsi 2400 m² olan müxtəlif təyinatlı obyektlər yanğından mühafizə edilib.

Təhlükəsizlik tədbirləri çərçivəsində yaşayış binasından ümumilikdə 45 nəfər sakin təxliyə olunub.

***

09:12

Xırdalan şəhərində yerləşən iaşə obyektində baş vermiş yanğında xəsarət alan olmayıb.

Bu barədə Teleqraf-ın sorğusuna TƏBİB-dən cavab verilib.

Bildirilib ki, martın 3-ü saat 01:00 radələrində Abşeron rayonu, Xırdalan şəhərində yerləşən iaşə obyektində yanğın baş verməsi səbəbilə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə müraciət qeydə alınıb.

Dərhal hadisə yerinə briqadalar cəlb olunub.

Hadisə nəticəsində xəsarət qeydə alınmayıb.

***

Abşeron rayonu, Xırdalan şəhərində yerləşən iaşə obyektində baş vermiş yanğın daha geniş sahəyə yayılmasına imkan verilmədən tam söndürülüb.

Teleqraf xəbər verir ki, məlumatı Fövqəladə Hallar Nazirliyi yayıb.

02:41

Abşeron rayonu, Xırdalan şəhərində yerləşən iaşə obyektində baş vermiş yanğın məhdudlaşdırılıb.

Teleqraf xəbər verir ki, məlumatı Fövqəladə Hallar Nazirliyi yayıb.

Yanğının mürəkkəbliyinə və ərazidə şəxsi avtomobillərin nizamsız park edilməsi səbəbindən yanğınsöndürən texnikaların yanğın yerinə, o cümlədən yanğın su hovuzuna sərbəst yaxınlaşmasında yaranan çətinliyə baxmayaraq, yanğından mühafizə bölmələrinin peşəkarlığı sayəsində yaxınlıqdakı obyektlər, o cümlədən yaşayış binası yanğından mühafizə edilib.

Təhlükəsizlik tədbirləri çərçivəsində yaşayış binasının sakinləri təxliyə edilib.

Hazırda yanğının tam söndürülməsi istiqamətində əməliyyat davam etdirilir.

***

02:12

Abşeron rayonu, Xırdalan şəhərində yerləşən iaşə obyektində baş vermiş yanğınla mübarizə tədbirləri davam etdirilir.

Teleqraf xəbər verir ki, məlumatı Fövqəladə Hallar Nazirliyi yayıb.

Yanğının mürəkkəbliyinə baxmayaraq, qüvvələrin çevik və koordinasiyalı fəaliyyəti sayəsində yanğının yaxınlıqdakı obyektlərə yayılmasının qarşısı alınıb.

Hazırda yanan obyektin bütün perimetri boyu qüvvələr tərəfindən yanğına fəal müdaxilələr edilir.

***

01.38

Fövqəladə Hallar Nazirliyi Abşeron rayonu, Xırdalan şəhərində yerləşən iaşə obyektində yanğın baş verməsi barədə məlumat yayıb.

Teleqraf xəbər verir ki, əraziyə Nazirliyin Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.

Hazırda "Faxralı" restoranında yanğının söndürülməsi istiqamətində zəruri və təxirəsalınmaz tədbirlər davam etdirilir.

01:14

Bu gün gecə saatlarında "AAAF Park" yaşayış massivinin ərazisindəki restoranda yanğın baş verib.

Teleqraf xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Məlumatlarda yanğının hələ söndürülmədiyi bildirilir.

Teleqraf hadisə yerindən çəkilmiş videoları təqdim edir.
Məlumatı Fövqəladə Hallar Nazirliyindən təsdiqləyiblər. Məlumatda deyilir: "Abşeron rayonu, Xırdalan şəhərində yerləşən iaşə obyektində yanğın baş verməsi barədə ilkin məlumat daxil olub".

FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri əraziyə cəlb olunub.

Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.