Gəncədə bıçaqlanma hadisəsi qeydə alınıb.

Teleqraf.com-un yerli bürosu xəbər verir ki, hadisə şəhərin "Xaraba" adlanan ərazisində qeydə alınıb.

İlkin məlumata görə, bıçaqlanan şəxs taksi sürücüsü olub. Mübahisənin pul üstündə düşdüyü bildirilir.

1991-ci il təvəllüdlü Həsənov Cəlal Şakir oğlu üç bıçaq zərbəsi ilə xəstəxanaya yerləşdirilib. Yaralı əməliyyat edilib. Onun iki döş qəfəsi və qarın nahiyəsindən bıçaq zərbəsi aldığı məlum olub.

Hadisə yerinə hüquq mühafizə orqanı əməkdaşları cəlb olunub.

Hadisənin təfərrüatı araşdırılır