BAKI, 16 fevral. TELEQRAF

Zəngəzur dəhlizi - TRIPP təşəbbüsü geniş Xəzər regionu və Mərkəzi Asiya ilə Balkanlar arasında bağlantıların gücləndirilməsi üçün əlverişli imkanlar yaradır.

Teleqraf xəbər verir ki, Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Azərbaycan və Serbiya arasında interregional əməkdaşlıqla bağlı sosial media hesabında paylaşım edib.

H. Hacıyev bildirib ki, Azərbaycan və Serbiya strateji tərəfdaşlar və yüksələn orta güclər kimi interregional əməkdaşlıqda mühüm rol oynayırlar:

"Azərbaycan Cənubi Qafqazda və daha geniş Xəzər hövzəsində, Serbiya isə Balkanlarda yerləşərək regionlararası əlaqələrin inkişafına töhfə verir. Zəngəzur dəhlizi - TRIPP təşəbbüsü geniş Xəzər regionu və Mərkəzi Asiya ilə Balkanlar arasında bağlantıları gücləndirmək üçün əlverişli imkanlar yaradır",- o qeyd edib.