BAKI, 14 yanvar. TELEQRAF

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ukrayna səfiri Yuri Qusevlə görüşüb.

Teleqraf xəbər verir ki, bu barədə səfir "X"də yazıb.

“Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevlə məhsuldar görüşümüz oldu. 2025-ci ilin nəticələrini və 2026-cı ildə strateji tərəfdaşlığımızı gücləndirməyin yollarını müzakirə etdik. Azərbaycanın Ukraynaya davamlı dəstəyinə görə minnətdarıq”,- Y. Qusev qeyd edib.