BAKI, 4 iyun. TELEQRAF

Tacikistanın paytaxtı Düşənbədə Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv ölkələrin hökumət başçılarının toplantısı başlayıb.

Teleqraf xəbər verir ki, Azərbaycanı toplantıda Baş nazir Əli Əsədov təmsil edir.

İclasda bir sıra vacib məsələlər müzakirə olunur. Bunlara sənaye sahəsində əməkdaşlıq, xüsusilə ağır maşınqayırma sahəsində birgə layihələr, həmçinin hava nəqliyyatının idarə olunması sistemlərinin uyğunlaşdırılması daxildir.

Toplantı çərçivəsində səhiyyə sahəsində əməkdaşlığa dair sənədlərin imzalanması da planlaşdırılır.

Bundan əlavə, iclasda sərhədyanı əməkdaşlıq və MDB ölkələrində radiasiya, kimyəvi və bioloji təhlükələrin birgə monitorinq sistemi üzərində işin gücləndirilməsi məsələləri də gündəmdədir.