BAKI, 8 aprel. TELEQRAF

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, bu gün yerli vaxtla saat 13:05-də Lənkəran şəhərindən 50 km şərqdə, Xəzər dənizi ərazisində 70 km dərinlikdə 5.3 maqnituda zəlzələ qeydə alınıb.

FHN-dən Teleqraf-a bildirilib ki, zəlzələ ölkənin cənub rayonlarında 4-3 bal hiss olunub.

Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə bu vaxtadək Fövqəladə Hallar Nazirliyinə məlumat daxil olmayıb.

***

13:51

Xəzər dənizində üçüncü dəfə zəlzələ olub.

AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosundan Teleqraf-a verilən məlumata görə, saat 13:21-də qeydə alınan 3 bal gücündə yeraltı təkanlar 21 km dərinlikdə baş verib.

***

13:42

Xəzər dənizində yenidən zəlzələ olub.

AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosundan Teleqraf-a verilən məlumata görə, saat 13:10-da qeydə alınan yeraltı təkanlar 20 km dərinlikdə baş verib.

***

13:30

Xəzər dənizində qeydə alınan zəlzələ Lənkəran, Yardımlı, Lerik, Astara, Cəlilabad, Neftçala 4-3 bal hiss olunub.

Bu barədə Teleqraf-a AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosundan bildirilib.

Məlumata görə, yeraltı təkan 70 km dərinlikdə baş verib.

***

13:16

Xəzər dənizində 5.3 maqnitudalı zəlzələ baş verib.

Teleqraf xəbər verir ki, saat 13:05-də qeydə alınan yeraltı təkanlar Azərbaycanın cənub bölgəsində də hiss olunub.

Zəlzələ 35 km dərinlikdə olub.