BAKI, 5 mart. TELEQRAF

Türkiyədən ölkəmizə idxal olunan bioloji aktiv qida məhsulu partiyasında uyğunsuzluq aşkarlanıb.

Teleqraf xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.

Bildiirlib ki, "VAP CATE" MMC-nin idxal etdiyi “BOTAFARMA SAĞLIK ÜRÜNLERİ TİC. VE SAN. LTD. ŞTİ” müəssisəsinin istehsalı olan 504 ədəd “TERRIS ACTIVE ,TABLET N 90” əmtəə nişanlı bioloji aktiv qida məhsulu (22.09.2025 - 22.09.2028-ci il istehsal və son istifadə tarixli, 501 partiya nömrəli) müayinələrə cəlb olunub.

Sınaq nəticəsində məhsul partiyasında “vitamin B12” miqdarının normadan aşağı olduğu müəyyən olunub.

Uyğunsuzluq aşkarlanan məhsul partiyası barədə AQTA tərəfindən qərar qəbul edilərək məhv edilib.