BAKI, 10 yanvar. TELEQRAF
Şamaxı və Göyçay rayonlarında yerləşən heyvan satışı bazarları biotəhlükəsizlik tələblərinə uyğunlaşdırılıb.
Bu barədə Teleqraf-a Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.
Bildirilib ki, aparılan qiymətləndirmənin nəticələrinə əsasən hər iki bazarın fəaliyyətə başlaması ilə bağlı qərar verilib.
Bazarlarda sanitar-gigiyenik və baytarlıq tələblərinə uyğun şərait yaradılıb.
Qeyd edək ki, daha əvvəl Bərdə, Salyan və Göygöl heyvan satışı bazarlarının fəaliyyətinə icazə verilmişdi.